Avtobuslarda kondisionerlərə nəzarət necədir? – RƏSMİ

Avtobuslarda kondisionerlərə nəzarət necədir? – RƏSMİ
20.06.2025 15:05 Cəmiyyət

Hər il olduğu kimi, bu il də yay mövsümünün başlanması ilə ictimai nəqliyyatda sərnişin rahatlığının təmin olunması məqsədilə tədbirlər görülür. Artan temperatur fonunda xüsusilə avtobuslarda kondisioner sistemlərinin işlək vəziyyətdə olması gündəmə gətirilib.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

"Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib".

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər