16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Cəmiyyət

27.05.2025 17:35

3

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Şəki, Bakı-Astara, Bakı-Ağcabədi, Bakı-Ağdaş, Bakı-Beyləqan, Bakı-Qəbələ, Mingəçevir-Zərdab, Mingəçevir-Qax, Mingəçevir-Tərtər, Sabirabad-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə, Xankəndi-Bərdə, Şəki-Qax şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 25 iyun saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Şəki, Bakı-Astara, Bakı-Ağcabədi istiqamətlərində 5 Lot üzrə iyulun 4-də; Bakı-Ağdaş, Bakı-Beyləqan, Bakı-Qəbələ, Mingəçevir-Zərdab istiqamətlərində 5 Lot üzrə iyulun 8-də; Mingəçevir-Qax, Mingəçevir-Tərtər, Sabirabad-Gəncə, Gəncə-Qazax istiqamətlərində 5 Lot üzrə iyulun 11-də;

Qazax-Gəncə, Xankəndi-Bərdə, Şəki-Qax istiqamətində 4 Lot üzrə iyulun 15-də baxılacaq.

Qeyd edək ki, Xankəndi-Bərdə və Şəki-Qax istiqamətlərində marşrut xətləri pasportda qeyd edilən qrafiklər əsasında fəaliyyət göstərəcək. 

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz. Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

tag: AYNA,Müsabiqə,Açıqlama,Avtobus,Todaypress.tv,