Pezeşkianın Azərbaycana səfəri başa çatdı- YENİLƏNDİ

Pezeşkianın Azərbaycana səfəri başa çatdı- YENİLƏNDİ
04.07.2025 20:08 Xarici siyasət

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

TodayPress TV xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər salıblar.

***

10:08

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

FOTOLAR

Pezeşkianın Azərbaycana səfəri başa çatdı- YENİLƏNDİ — 1
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər