Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
28.07.2025 14:04 Daxili siyasət

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər