NATO Baltik dənizində təlimlərə başlayır

NATO Baltik dənizində təlimlərə başlayır
02.06.2025 13:25 Dünya

Baltik dənizində NATO-nun ənənəvi "Baltops-2025" hərbi təlimləri başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən Hərbi Nəşriyyat İnstitutu məlumat yayıb.

Təlimlərdə bu il 50-yə yaxın müxtəlif tipli hərbi gəmi iştirak edir. ABŞ-nin Cənubi Avropada yerləşən 6-cı Donanması təlimlərə "USS Mount Whitney" adlı komanda gəmisini göndərib. Almaniya "Baltops-2025" üçün "FGS Bayern" freqatını, Böyük Britaniya isə "P2000" tipli patrul gəmilərindən ibarət böyük bir qrup yerləşdirəcək.

Təlimlər yalnız dəniz qüvvələri ilə məhdudlaşmır. Belə ki, hərbi aviasiya da "Baltops-2025-ə" cəlb olunub. NATO komandanlığı bu təlimləri Şimal-Şərqi Avropada müdafiə qabiliyyətinin və alyansdaxili koordinasiyanın gücləndirilməsi baxımından mühüm hesab edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
03 IYUN 2026
Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Bütün Xəbərlər