Ukraynadan sülh təklifi: Real razılaşma mümkündür?

Ukraynadan sülh təklifi: Real razılaşma mümkündür?
03.06.2025 13:38 Təhlil

"Ukraynanın sülh təklifi real razılaşmaya gətirib çıxara bilməz".

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Ukraynanın sülh təşəbbüsü çərçivəsində irəli sürdüyü yeni memorandum şərtləri görüntü xarakterli bir addımdır. Bu təkliflərin Rusiya tərəfindən qəbul olunması real görünmür. Çünki təkliflər Moskvanın daha əvvəl dəfələrlə səsləndirdiyi mövqelərlə ciddi ziddiyyət təşkil edir.

"Ukraynanın təqdim etdiyi şərtlərdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması məsələsi yer alsa da, bunun qarşılığında həmin sanksiyaların yenidən tətbiq edilə bilməsi ehtimalı da qeyd olunub. Bu isə Rusiyanın maraqlarına cavab vermir və təklifin səmimi olmadığını göstərir. Buna əsasən, Ukraynanın sanksiyaları ləğv edəcəyi ilə bağlı dediklərini "jest" kimi qəbul etmək olmaz. Əksinə, bu, daha çox beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulmuş, formal təklifdən ibarətdir".

Analitikin fikrincə, danışıqlar ərəfəsində Ukraynanın Rusiyanın dərinliklərinə hücumlar təşkil etməsi və münaqişənin eskalasiyaya uğraması, proseslərin gərginləşməsini göstərir. Bu səbəbdən də, yaxın perspektivdə keçiriləcək görüşlərdən müsbət nəticə gözləmək sadəlövhlük olar.

"Bundan başqa, Ukrayna 30 günlük atəşkəs istəyir, lakin Rusiya bu məsələdə öz mövqeyini dəfələrlə ortaya qoyub – yəni, münaqişənin ilkin səbəbləri aradan qalxmayınca atəşkəs mümkün deyil. İki tərəf arasında mövcud mövqelərin tam ziddiyyət təşkil etməsi, ortaq razılığın yaranmasını mümkünsüz edir. Lakin görüşün keçirilməsi ümumi mənada müsbət qiymətləndirilməlidir. Bunu dialoqun başlanğıcı kimi dəyərləndirmək lazımdır. Lakin bu danışıqlardan əsaslı razılaşma çıxmayacaq. Əsir mübadiləsinin həyata keçirilməsi mümkündür, lakin bu, sülhün əldə olunmasına ciddi təsir göstərən faktor deyil".

Politoloq sonda diqqətə çatdırıb ki, yalnız prinsipial məsələlər üzrə razılaşma əldə olunarsa, tərəflər arasında irəliləyiş mümkündür. Amma hazırda bu məsələlər ətrafında dərin fikir ayrılıqları mövcuddur. Bu isə göstərir ki, yaxın zamanlarda münaqişənin əsaslı şəkildə həll olunması üçün real zəmin yaranmayıb.  

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçiriləcək danışıqlar üçün hazırlanan memorandumda Ukraynanın Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə razılıq verdiyi vurğulanıb.  

Töhfə Səməd

FOTOLAR

Ukraynadan sülh təklifi: Real razılaşma mümkündür? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Bütün Xəbərlər