Ukraynadan sülh təklifi: Real razılaşma mümkündür?

Ukraynadan sülh təklifi: Real razılaşma mümkündür?
03.06.2025 13:38 Təhlil

"Ukraynanın sülh təklifi real razılaşmaya gətirib çıxara bilməz".

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Ukraynanın sülh təşəbbüsü çərçivəsində irəli sürdüyü yeni memorandum şərtləri görüntü xarakterli bir addımdır. Bu təkliflərin Rusiya tərəfindən qəbul olunması real görünmür. Çünki təkliflər Moskvanın daha əvvəl dəfələrlə səsləndirdiyi mövqelərlə ciddi ziddiyyət təşkil edir.

"Ukraynanın təqdim etdiyi şərtlərdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması məsələsi yer alsa da, bunun qarşılığında həmin sanksiyaların yenidən tətbiq edilə bilməsi ehtimalı da qeyd olunub. Bu isə Rusiyanın maraqlarına cavab vermir və təklifin səmimi olmadığını göstərir. Buna əsasən, Ukraynanın sanksiyaları ləğv edəcəyi ilə bağlı dediklərini "jest" kimi qəbul etmək olmaz. Əksinə, bu, daha çox beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulmuş, formal təklifdən ibarətdir".

Analitikin fikrincə, danışıqlar ərəfəsində Ukraynanın Rusiyanın dərinliklərinə hücumlar təşkil etməsi və münaqişənin eskalasiyaya uğraması, proseslərin gərginləşməsini göstərir. Bu səbəbdən də, yaxın perspektivdə keçiriləcək görüşlərdən müsbət nəticə gözləmək sadəlövhlük olar.

"Bundan başqa, Ukrayna 30 günlük atəşkəs istəyir, lakin Rusiya bu məsələdə öz mövqeyini dəfələrlə ortaya qoyub – yəni, münaqişənin ilkin səbəbləri aradan qalxmayınca atəşkəs mümkün deyil. İki tərəf arasında mövcud mövqelərin tam ziddiyyət təşkil etməsi, ortaq razılığın yaranmasını mümkünsüz edir. Lakin görüşün keçirilməsi ümumi mənada müsbət qiymətləndirilməlidir. Bunu dialoqun başlanğıcı kimi dəyərləndirmək lazımdır. Lakin bu danışıqlardan əsaslı razılaşma çıxmayacaq. Əsir mübadiləsinin həyata keçirilməsi mümkündür, lakin bu, sülhün əldə olunmasına ciddi təsir göstərən faktor deyil".

Politoloq sonda diqqətə çatdırıb ki, yalnız prinsipial məsələlər üzrə razılaşma əldə olunarsa, tərəflər arasında irəliləyiş mümkündür. Amma hazırda bu məsələlər ətrafında dərin fikir ayrılıqları mövcuddur. Bu isə göstərir ki, yaxın zamanlarda münaqişənin əsaslı şəkildə həll olunması üçün real zəmin yaranmayıb.  

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçiriləcək danışıqlar üçün hazırlanan memorandumda Ukraynanın Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə razılıq verdiyi vurğulanıb.  

Töhfə Səməd

FOTOLAR

Ukraynadan sülh təklifi: Real razılaşma mümkündür? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər