Tramp Rusiya ilə münasibətlərdə nə qədər irəli gedəcək? - Srateji dilemma

Tramp Rusiya ilə münasibətlərdə nə qədər irəli gedəcək? - Srateji dilemma
15.07.2025 17:39 Təhlil

“ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərdə nə qədər irəli gedə biləcəyi onun potensial imkanları ilə bilavasitə bağlıdır. Söhbət yalnız maliyyə vəsaitindən deyil, eyni zamanda mövcud resurslardan - xüsusilə silah və onu dəstəkləyən logistik vasitələrdən gedir”.

Siyasi ekspert Əziz Əlibəyli bunu TodayPress TV-yə danışarkən deyib.

Analitik vurğulayıb ki, Tramp 1 aydır Rusiyaya qarşı nə sanksiya tətbiq edə biləcəyinə dair qərar verə bilmir:

“Tutaq ki, Tramp Rusiyaya qarşı sərt tədbirlər görmək niyyətindədir, amma bu tədbirlərin real nəticə verməsi üçün o, yalnız sanksiya elan etməklə kifayətlənə bilməz. Tramp Rusiyanı hədəf aldığını açıq şəkildə bəyan etsə də, artıq bir aydan çoxdur ki, hansı sanksiyanı tətbiq edəcəyinə dair konkret mexanizm ortaya qoyulmayıb.

Yerli gəlmişkən, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini hazırlayır. Lakin bu sanksiyalar Rusiya iqtisadiyyatını zəiflətmək əvəzinə, bəzi sahələrdə onu adaptasiya etməyə və hətta möhkəmləndirməyə şərait yaradıb.

“Tramp nə qədər irəli gedə bilər?” sualının iki mümkün cavabı var: ya Ukraynaya daha çox silah verməlidir, ya da Rusiyaya qarşı Qrem-Blümental sanksiyası paketini təsdiqləməlidir.

Amma Ukraynaya silah vermək real vəziyyəti nə qədər dəyişə bilər? Qeyd edək ki, bu siyasəti Trampdan əvvəl Cozef Bayden də həyata keçirirdi. Bayden düşünürdü ki, Ukrayna müharibəsində Rusiya məğlub olacaq və ABŞ Ukraynaya verdiyi silahların dəyərini Rusiyadan dəfələrlə artıq şəkildə geri alacaq. Lakin bu strategiya iflasa uğradı”.

Analitik Trampın bu məsələyə Baydendən fərqli yanaşdığını izah edib:

“Tramp isə fərqli yanaşma sərgiləyir: o, silahı yalnız yardım olaraq deyil, həm də satış predmeti kimi təqdim edir. Bu kontekstdə Tramp administrasiyası Ukrayna ilə resurs müqaviləsi imzalayıb.

Hazırda Bayden dönəmində təsdiqlənmiş 60 milyard dollarlıq hərbi yardım paketi əsasında silah tədarükü həyata keçirilir. Lakin bu büdcə ya bu, ya da gələn ay başa çatacaq. ABŞ-nin yeni büdcəsində Ukraynaya hərbi yardım nəzərdə tutulmayıb.

Ukrayna bu səbəbdən artıq indidən silah ehtiyatlarını toplamalıdır. ABŞ silahlarının maliyyəsini Avropa qarşılayacaq, lakin əsas problem ABŞ-nin anbarlarında yetərli sayda silahın qalmamasıdır. Hazırda Ukraynaya “Patriot” sistemləri, 155 mm-lik artilleriya mərmiləri, “HIMARS” və “ATACMS” raketləri lazımdır.

Məsələn, “Lockheed Martin” zavodu illik 240 ədəd “Patriot” raketi istehsal edirdi, indi bu göstəricini 600-ə qədər artırmaq planlaşdırılır. Yaponiyada isə bu göstərici 30-dan 60-a qaldırılacaq. Amma ABŞ-nin bir ilə istehsal etdiyi raket Ukraynada cəmi bir ay ərzində tükənir.

İran-İsrail qarşıdurması başladıqdan sonra ABŞ öz Hava Hücumundan Müdafiə sistemlərinin bir qismini Ukraynadan geri çəkərək Yaxın Şərqə yerləşdirmişdi. Ukraynanın isə indi yalnız “Patriot” sistemlərinin 50 ədədinə ehtiyacı var. Lakin bu tələbat necə və hansı mənbədən qarşılanacaq, bu, açıq sualdır".

Ə. Əlibəyli Qrem-Blümental sanksiyalarından da bəhs edib:

Qeyd edib ki, bu sanksiyalar Rusiya ixracatına 500 faizədək əlavə rüsum nəzərdə tutur. Lakin bu addım əslində Rusiyadan çox, ABŞ iqtisadiyyatına zərbə vura bilər. Belə ki, Rusiya neft və qazını Çin və Hindistana satmağa davam edəcək. ABŞ isə Çindən texnoloji şirkətləri çıxarıb istehsalı Hindistana keçirməklə faktiki olaraq öz məhsullarını özünə 5 dəfə baha qiymətə almaq riski ilə üz-üzədir. Bundan əlavə, ABŞ öz atom elektrik stansiyalarının ehtiyaclarını ödəmək üçün zənginləşdirilmiş uranın mühüm hissəsini hələ də Rusiyadan alır. Belə olan halda bu təchizat necə davam etdiriləcək? Bu suallar Tramp administrasiyasının Rusiya ilə bağlı siyasətində nə qədər irəli gedə biləcəyinə dair açıq strateji dilemmanı əks etdirir.

Qiymət Mahir

FOTOLAR

Tramp Rusiya ilə münasibətlərdə nə qədər irəli gedəcək? - Srateji dilemma — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər