Millət vəkili: “Rusiya reallıqları düzgün qiymətləndirməlidir”

Millət vəkili: “Rusiya reallıqları düzgün qiymətləndirməlidir”
25.07.2025 11:27 Təhlil

“Azərbaycanın Rusiya ilə münasibətlərində yaşanan son gərginliklərə baxmayaraq, Bakı tərəfi əməkdaşlığın davam etdirilməsində və problemlərin diplomatik yolla həllində maraqlıdır”.       

Deputat Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib. 

O vurğulayıb ki, Azərbaycan Respublikası bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və qarşılıqlı fəaliyyət göstərməyi konstitusion hədəflərindən biri kimi müəyyən edib. Azərbaycan xarici siyasətini beynəlxalq hüququn prinsipləri əsasında qurmağa üstünlük verir və bu çərçivədə Rusiya ilə münasibətlərin də eyni prinsiplərə uyğun davam etməsini vacib sayır.  

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu münaqişələrin həllində müharibə yolunu istisna edir. Azərbaycan hətta 30 il ərzində ərazilərini işğalda saxlamış Ermənistanla belə əməkdaşlıq mühitinin təşəbbüskarı olub. 200 ildən artıq tarixi, hüquqi, siyasi, mədəni və humanitar əlaqələrə malik olduğumuz Rusiya ilə münasibətlərin hər hansı formada korlanmasında maraqlı deyilik”. 

Deputat, hazırda 2 ölkə arasında gərginliklərin müşahidə olunduğunu, lakin bunun Bakının siyasətindən qaynaqlanmadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu gərginliyin səbəblərinin aradan qaldırılmasını və münasibətlərin normallaşmasını arzulayır.   

“Rusiyanın Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduqdan sonra bu cinayəti ört-basdır etməsi, daha sonra bu ölkədə yaşayan Azərbaycan diasporunun fəallarına qarşı terror siyasəti iki ölkə arasında münasibətlərin normallaşması üçün həllini gözləyən məsələlərdir”. 

Bununla belə, o bildirib ki, Azərbaycan cəmiyyəti və mediası bu məsələlərə təmkinlə yanaşır və dövlət maraqlarının populist bəyanatlarla deyil, praqmatik yanaşmalarla təmin olunmasını dəstəkləyir.  

“Rusiya reallıqları düzgün qiymətləndirməli və öz maraqlarını yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq şəraitində təmin edə biləcəyini anlamalıdır”, - deyə deputat fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
05 IYUN 2026
Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 Bütün Xəbərlər