BÖYÜK TƏHLÜKƏ: Milyonlarla insan sərhədə axışa bilər!

BÖYÜK TƏHLÜKƏ: Milyonlarla insan sərhədə axışa bilər!
25.02.2026 18:38 Аналитика

ABŞ–İran gərginliyi və mümkün hərbi ssenari fonunda Türkiyə kütləvi qaçqın axını riskinə qarşı fövqəladə planlarını yeniləyib. 


Ankara xüsusilə İranda yaşayan əfqan və pakistanlı miqrantların sərhədə doğru yönələ biləcəyindən narahatdır. Bu səbəbdən sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mümkün düşərgələrin yaradılması və hətta zərurət yaranarsa, İran ərazisində bufer zona variantı müzakirə olunur.

Sözügedən mövzunu siyasi şərhçi Rufiz Hafizoğlu TodayPress TV-yə şərh edib.  


Analitik vurğulayıb ki, Türkiyənin sərhədlərini möhkəmləndirməsinə tamamilə təbii yanaşmaq lazımdır: 

"Suriyada 11 ildir davam edən münaqişə Türkiyə üçün iqtisadi, siyasi və sosial baxımdan son dərəcə ciddi problemlər yaratdı. Məsələn, bəzi sərhəd şəhərlərində suriyalı qaçqınların sayı yerli əhalini qat-qat üstələmişdi. Bu demoqrafik dəyişiklik sosial gərginliklərə səbəb oldu, hətta “suriyalı gəlin” kimi anlayışlar formalaşdı, bölgədə boşanmaların artması müşahidə edildi". 


TƏKRARLANAN SSENARİ

Ekspert diqqətə çatdırıb ki, bu gün oxşar risk İran istiqamətində də gündəmdədir: 

"İranla Suriyanı müqayisə etmək düzgün olmasa da, sərhədlərin möhkəmləndirilməsi zəruridir. Çünki mümkün qaçqın böhranı təkcə Türkiyəyə deyil, Azərbaycana və digər qonşu ölkələrə də təsir göstərə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, ölkə ərazilərindən üçüncü dövlətlərə qarşı hərbi məqsədlərlə istifadə olunmasına imkan verilməyəcək. Bu, son dərəcə mühüm siyasi mövqedir. Bununla yanaşı, genişmiqyaslı qaçqın dalğası yaranarsa, beynəlxalq konvensiyalara uyğun olaraq humanitar dəhlizlərin açılması qaçılmaz ola bilər". 


Onun sözlərinə görə, sərhədlərin möhkəmləndirilməsi həm də xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətidir. Çünki sərhədi keçənlərin hamısı dinc sakin olmur; onların arasında radikal qrupların üzvləri və ya xarici kəşfiyyat strukturlarının təmsilçiləri də ola bilər. Bu tədbirlər hər hansı xalqa qarşı düşmənçilik deyil, birbaşa milli təhlükəsizlik məsələsidir.

VƏTƏNDAŞ MÜHARİBƏSİNİN  RİSKLƏRİ 

R.Hafizoğlu sonda bildirib ki, İranda mümkün hərbi əməliyyatların miqyası qaçqın dalğasının həcmini müəyyən edəcək: 

"Əgər proses vətəndaş müharibəsinə çevrilərsə, bu, bütün region üçün ciddi fəlakətə səbəb ola bilər. Ölkədə yaşayan kürdlərin, ərəblərin və azərbaycanlıların gələcək taleyi, eləcə də mümkün məzhəb qarşıdurmaları son dərəcə mürəkkəb ssenarilər yarada bilər. İranda rejim dəyişikliyindən sonra dərhal demokratik dövlət qurulacağına dair fikirlər isə siyasi romantizmdən başqa bir şey deyil. İstənilən yeni vəziyyət ilk növbədə Türkiyə və Azərbaycanın maraqları baxımından əlavə risklər yarada bilər. Bu baxımdan Türkiyənin öz təcrübəsinə əsaslanaraq atdığı ehtiyatlı addımlar tamamilə məntiqli və əsaslandırılmışdır". 


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarda İranda etirazların yatırılmasına cavab olaraq hərbi addım ehtimalını gündəmə gətirib, daha sonra isə Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə çağırıb. ABŞ-nin 150-dən çox hərbi təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətdə olan gəmilərinin təxminən üçdə biri İran yaxınlığında cəmləşdirilib. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Все новости