BƏƏ Tehranın təzminat tələbinə necə cavab verəcək?  - RƏY

BƏƏ Tehranın təzminat tələbinə necə cavab verəcək?  - RƏY
19.03.2026 22:10 Təhlil

Tehran ABŞ-nin İran ərazisinə hücumlarına imkan yaratdığına görə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təzminat tələb edir.

Bu barədə İranın BMT-dəki səfiri Amir Saeid İravaninin Baş katib Quterreşə göndərdiyi məktubda deyilir.


Diplomat qeyd edib ki, BƏƏ-nin ərazisinin hücumlar üçün istifadəsinə icazə verməsi “dövlət məsuliyyəti yaradan beynəlxalq qanunsuz hərəkət”dir.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, BƏƏ ərazisində Vaşinqtonun hərbi bazaları yerləşir və ABŞ-nin, eləcə də İsrailin hərbi kəşfiyyat fəaliyyəti əsasən bu ərazilərdən həyata keçirilir. 


Onun sözlərinə görə, İrana qarşı həyata keçirilən hərbi əməliyyatların bir hissəsi məhz BƏƏ ərazisindən idarə olunub.

Analitik vurğulayıb ki, İran beynəlxalq hüquqa əsaslanaraq təzminat tələb etmək səlahiyyətinə malikdir:

"Çünki bu əməliyyatlarda təkcə BƏƏ deyil, eyni zamanda Küveyt, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələrinin də rolu olub. Münaqişə artıq geniş miqyas alaraq bir neçə ölkənin birbaşa, yaxud dolayı şəkildə iştirak etdiyi mərhələyə keçib və proses getdikcə daha da dərinləşir".


Siyasi şərhçi qeyd edib ki, İran da qarşılıqlı olaraq bu ölkələrin ərazisində yerləşən ABŞ-yə məxsus hərbi və iqtisadi obyektlərə zərbələr endirir. 

O vurğulayıb ki, indiyə qədər İran ərazisinin daha çox BƏƏ üzərindən izlənildiyi və əməliyyatların buradan koordinasiya olunduğu müşahidə edilir.


Ekspert əlavə edib ki, hazırda müharibə davam etdiyi üçün vəziyyət qeyri-müəyyəndir və müharibədən sonra İranda mövcud rejimin qalacağı və ya dəyişəcəyi sual altındadır. Onun fikrincə, gələcəkdə formalaşacaq hakimiyyətin təzminat məsələsinə necə yanaşacağı da indidən dəqiq proqnozlaşdırıla bilməz.

"İranın BƏƏ ərazisindəki infrastruktur obyektlərinə zərbələr endirməsi onun özünü müdafiə kimi əsaslandırılsa da, BƏƏ də öz ərazisinin üçüncü ölkələr tərəfindən hərbi məqsədlərlə istifadəsinə imkan verməməlidir", - deyə M. Əsədullazadə fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Все новости