“ABŞ və İsrail öz məqsədlərinə çatmaya bilər” – Politoloq

“ABŞ və İsrail öz məqsədlərinə çatmaya bilər” – Politoloq
11.03.2026 22:41 Təhlil

“Yaxın Şərqdə mövcud vəziyyətin köklü şəkildə dəyişməsi üçün İran amili həlledici rol oynayır”.

Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə danışarkən bildirib.


O vurğulayıb ki, İsrail ilə Livan arasında əldə olunmuş atəşkəs razılaşmasına və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, İsrail Livanın cənub hissəsini tərk etməli, “Hizbullah”ın əlində olan silahlar təhvil verilməli idi. Lakin sonradan hər iki tərəf bir-birini bu razılaşmanı icra etməməkdə və atəşkəsi pozmaqda günahlandırıb. İddia olunub ki, İsrail Livanın cənub hissəsini tərk etməyib, “Hizbullah” isə ən müasir silahlarla silahlanmaqda davam edir.

A. Səmədov vurğulayıb ki, bu proses fonunda İsrail əvvəlcə “Hizbullah”a qarşı hava əməliyyatları keçirib, daha sonra qurudan da təşkilatın mövqelərinə zərbələr endirib və hazırda quru əməliyyatları başlayıb. 

Onun sözlərinə görə, İsrail rəhbərliyi “Hizbullah”ı sıradan çıxarmağa çalışır.

"İrana qarşı aparılan hərbi əməliyyatların əsas məqsədlərindən biri İranın proksi qüvvələrini, yəni İranın maliyyələşdirdiyi qruplaşmaları zəiflətməkdir. Burada söhbət həm HƏMAS-dan, həm “Hizbullah”dan, həm də Yəmən husilərindən gedir”, - deyə o bildirib.

Siyasi şərhçi hesab edir ki, bu qruplaşmaları tam məhv etmək o qədər də asan deyil. Politoloqun fikrincə, əgər vəziyyət bu şəkildə davam edərsə, ABŞ və İsrail öz məqsədlərinə çata bilməyə bilər və onların Yaxın Şərqdə görmək istədiyi dəyişikliklər baş verməz.


O qeyd edib ki, regionda ciddi dəyişikliklərin baş verməsi üçün ilk növbədə İran üzərində qələbə qazanılmalıdır. Onun fikrincə, İran müəyyən güzəştlərə məcbur edilmədən və hətta rejim dəyişmədən digər məqsədlərə çatmaq mümkün deyil. 

Analitik əlavə edib ki, bu səbəbdən Yaxın Şərqdə yaxın zamanda böyük dəyişikliklərin baş verəcəyini gözləmək tezdir.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralılar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəfə aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Все новости