Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir
Ermənistan Parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyaya müsahibəsində Bakıda keçiriləcək WUF13 tədbirində iştirak edə bilmədiyinə görə təəssüfləndiyini bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, seçki kampaniyası səbəbindən tədbirə qatılması mümkün olmayıb.
Simonyan qeyd edib ki, ilk fürsətdə belə bir tədbirdə iştirak etmək istəyir və gələcəkdə bu imkanı dəyərləndirəcəyini vurğulayıb.