Premyer Liqa: 31-ci tura yekun vurulur

Premyer Liqa: 31-ci tura yekun vurulur
10.05.2026 10:35

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura iki oyunla yekun vurulacaq.

TodayPress TV xəbər verir ki, günün ilk matçında avrokuboklara vəsiqəni rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcəklər.

Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.

"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu pillədədir.

Azərbaycan Premyer Liqası

XXXI tur, III dövrə

10 may

17:00. "Turan Tovuz" - "Karvan-Yevlax"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov;

VAR: Elçin Məsiyev;

AVAR: Namik Hüseynov;

Hakim-inspektor: Əmrah İbrahimov;

Tovuz şəhər stadionu.

19:30. "Neftçi" - "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov;

VAR: Rəşad Əhmədov;

AVAR: Müslüm Əliyev;

Hakim-inspektor: Asim Xudiyev;

"Palms Sports Arena".

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Все новости