Rusiya və Tanzaniya liderləri bir araya gəlir

Rusiya və Tanzaniya liderləri bir araya gəlir
02.06.2026 19:00

Rusiya Prezidenti Vladimir Putin və Tanzaniya lideri Samiyə Suluhu Həsən Kremldə danışıqlar aparacaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Bildirilib ki, liderlər görüş zamanı ticarət-iqtisadi sahədə əməkdaşlığın daha da artırılmasını müzakirə edəcəklər:

"Müzakirə olunacaq mövzulara gəlincə, onlar çoxşaxəlidir. Burada, təbii ki, ikitərəfli əməkdaşlığın, ilk növbədə, ticarət-iqtisadi sahədə daha da artırılması perspektivləri müzakirə olunacaq. Əlbəttə ki, liderlər ən aktual regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar".

Aysel Mətləb

TodayPress TV