Azərbaycan iqlim böhranına hazırdır?

Azərbaycan iqlim böhranına hazırdır?
18.05.2026 17:31 Sosial

Bu günlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər inkişafı sahəsində atdığı addımları bir daha ön plana çıxarır. Forumun mövzusu da məhz düzgün şəhərsalma, mənzil böhranını həll etməkdir. 

Nəzərə alsaq ki, iqlimdə ciddi dəyişiklik gedir, risklər qarşısında vəziyyətimiz nə yerdədir?

Ölkədə urbanizasiya səviyyəsi artıb, xüsusilə Bakıda əhali sıxlığı yüksəkdir. Sovet dövründən qalan balanslı şəhərləşmədən sonra müstəqillik illərində paytaxta axın güclənib. İndi şəhər əhalisinin payı 50 faizdən çoxdur. Bu proses özündə yeni problemlər yaradır - infrastruktur yükü, yaşayış sahələrinin genişlənməsi, yaşıllıqların azalması.

İqlim dəyişikliyi isə bunları daha da ağırlaşdırır. Son onilliklərdə orta temperatur 1,3 dərəcəyə qədər artıb, quraqlıq halları çoxalıb, yağıntı rejimi dəyişib. Xəzər dənizi səviyyəsinin enməsi, sel və daşqın risklərinin artması şəhər planlaşdırmasını birbaşa təsir edir.

Son illərdə leysan yağışlar nəticəsində Bakı və digər şəhərlərdə su basması halları tez-tez olur. Kanalizasiya sistemləri bəzən yükə tab gətirmir. Qurumların məlumatına görə, bu istiqamətdə işlər aparılır, drenaj sistemlərinin yenilənməsi, yeni yaşıl zonaların salınması, “ağıllı şəhər” layihələri kimi işlər görülür. Forumda da bu mövzular müzakirə olunur, şəhərləri iqlimə uyğunlaşdırmaq üçün təbiətə əsaslanan həllər önə çəkilir.

Həmçinin WUF13-də dayanıqlı şəhərlər mövzusu təbii fəlakətlərə hazırlığı əhatə edir. Azərbaycan seysmik aktiv zonada yerləşir. Bakı da daxil olmaqla bir çox ərazilərimiz risk altındadır. Son illərdə Türkiyədəki zəlzələlərdən sonra ictimaiyyətdə narahatlıq artıb. Ekspertlərin sözlərinə görə, yeni tikililərdə standartlar sərtləşdirilib, amma köhnə fond hələ də problemdir. 

Ümumi baxdıqda, ölkəmiz iqlim dəyişikliyinə qarşı mübarizədə fəal mövqe tutur. Paris Sazişi, COP29 təcrübəsi, yaşıl enerji layihələri (külək və günəş stansiyaları), azad olunmuş ərazilərdə “ağıllı kənd və şəhər” konsepsiyası buna nümunədir. 

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mayın 17-də Bakıda başlayıb və mayın 22-də başa çatacaq.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Все новости