ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq....
Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir. Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.
TodayPress TV xəbər verir ki, 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri hesab edilir. Bu il 15 iyun bazar ertəsi, 26 iyun isə cümə gününə təsadüf edir.
Rəsmi bayramlarla yanaşı, ay ərzində şənbə və bazar günləri də istirahət günləri olacaq. Beləliklə, iyunun 6, 7, 13, 14, 20, 21, 27 və 28-i qeyri-iş günləri kimi qeyd ediləcək.
Bundan əlavə, bayram günlərinin həftəsonu ilə ard-arda düşməsi səbəbindən vətəndaşlar üçün iki dəfə ardıcıl üç günlük istirahət imkanı yaranacaq. Belə ki, 13, 14 və 15 iyun tarixləri, eləcə də 26, 27 və 28 iyun tarixləri ardıcıl qeyri-iş günləri olacaq.
Beləliklə, iyun ayında həm dövlət bayramları, həm də həftəsonları nəzərə alınmaqla vətəndaşlar ümumilikdə 10 gün istirahət edəcəklər.