BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi

BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi
01.06.2026 10:59 Dünya

Birləşmiş Millətlər Təşkilatı (BMT) tarixinin ən ağır maliyyə böhranlarından birini yaşayır.

TodayPress TV xəbər verir ki, təşkilatın əsas maliyyə mənbəyi olan iki ən böyük donor ölkənin – ABŞ və Çinin üzvlük haqlarını gecikdirməsi BMT-ni faktiki olaraq iflas həddinə çatdırıb. 

BMT-nin Baş katibi António Quterreş vəziyyəti kəskin şəkildə pisləyərək, təşkilatın "iflasa doğru yarış"da olduğunu bildirib. Baş katibin sözlərinə görə, mövcud vəsaitlərin avqustun ortalarına qədər tükənmə ehtimalı "çox realdır".

Vaşinqtonun BMT-yə 4 milyard dollardan çox borcu var. ABŞ rəsmiləri əlavə maliyyələşdirmənin yalnız genişmiqyaslı islahatlar, xərclərin azaldılması və işçi heyətinin optimallaşdırılması müqabilində mümkün olacağını bəyan edirlər. ABŞ artıq "səmərəsiz xərcləmələrə qarşı mübarizə" adı altında bir sıra proqramlarda, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatında iştirakını məhdudlaşdırıb.

Pekin isə son dövrdə 850 milyon dollarlıq ödəniş etsə də, təşkilata hələ də 455 milyon dollar borcu qalır. Çin hökuməti öz öhdəliklərini yerinə yetirməyə sadiq olduğunu bildirsə də, gecikmələr büdcədə ciddi boşluq yaradır.

BMT-nin büdcəsinin təxminən 42%-ni təşkil edən bu iki ölkənin maliyyə öhdəliklərini yerinə yetirməməsi təşkilatın fəaliyyətini, xüsusilə də humanitar missiyalar və qlobal layihələrin icrasını təhlükə altına qoyur. Hazırda BMT rəhbərliyi donor ölkələrlə danışıqları davam etdirərək, böhranın qarşısını almaq üçün çıxış yolları axtarır. 

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Все новости