Azərbaycan iqlim böhranına hazırdır?

Azərbaycan iqlim böhranına hazırdır?
18.05.2026 17:31 Sosial

Bu günlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər inkişafı sahəsində atdığı addımları bir daha ön plana çıxarır. Forumun mövzusu da məhz düzgün şəhərsalma, mənzil böhranını həll etməkdir. 

Nəzərə alsaq ki, iqlimdə ciddi dəyişiklik gedir, risklər qarşısında vəziyyətimiz nə yerdədir?

Ölkədə urbanizasiya səviyyəsi artıb, xüsusilə Bakıda əhali sıxlığı yüksəkdir. Sovet dövründən qalan balanslı şəhərləşmədən sonra müstəqillik illərində paytaxta axın güclənib. İndi şəhər əhalisinin payı 50 faizdən çoxdur. Bu proses özündə yeni problemlər yaradır - infrastruktur yükü, yaşayış sahələrinin genişlənməsi, yaşıllıqların azalması.

İqlim dəyişikliyi isə bunları daha da ağırlaşdırır. Son onilliklərdə orta temperatur 1,3 dərəcəyə qədər artıb, quraqlıq halları çoxalıb, yağıntı rejimi dəyişib. Xəzər dənizi səviyyəsinin enməsi, sel və daşqın risklərinin artması şəhər planlaşdırmasını birbaşa təsir edir.

Son illərdə leysan yağışlar nəticəsində Bakı və digər şəhərlərdə su basması halları tez-tez olur. Kanalizasiya sistemləri bəzən yükə tab gətirmir. Qurumların məlumatına görə, bu istiqamətdə işlər aparılır, drenaj sistemlərinin yenilənməsi, yeni yaşıl zonaların salınması, “ağıllı şəhər” layihələri kimi işlər görülür. Forumda da bu mövzular müzakirə olunur, şəhərləri iqlimə uyğunlaşdırmaq üçün təbiətə əsaslanan həllər önə çəkilir.

Həmçinin WUF13-də dayanıqlı şəhərlər mövzusu təbii fəlakətlərə hazırlığı əhatə edir. Azərbaycan seysmik aktiv zonada yerləşir. Bakı da daxil olmaqla bir çox ərazilərimiz risk altındadır. Son illərdə Türkiyədəki zəlzələlərdən sonra ictimaiyyətdə narahatlıq artıb. Ekspertlərin sözlərinə görə, yeni tikililərdə standartlar sərtləşdirilib, amma köhnə fond hələ də problemdir. 

Ümumi baxdıqda, ölkəmiz iqlim dəyişikliyinə qarşı mübarizədə fəal mövqe tutur. Paris Sazişi, COP29 təcrübəsi, yaşıl enerji layihələri (külək və günəş stansiyaları), azad olunmuş ərazilərdə “ağıllı kənd və şəhər” konsepsiyası buna nümunədir. 

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mayın 17-də Bakıda başlayıb və mayın 22-də başa çatacaq.

Türkan İsgəndərli

NEWS FEED
01 JUNE 2026
Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 All News