Bəzi it cinslərində canavar DNT-si aşkarlandı

Bəzi it cinslərində canavar DNT-si aşkarlandı
25.11.2025 19:15 Интересное

Amerika Təbiət Tarixi Muzeyinin alimləri müəyyən ediblər ki, müasir itlərin çoxunda zəif də olsa, canavar əcdadının genetik izləri qalır. Bu izlər onların bədən quruluşuna, qoxu hissinə və davranış xüsusiyyətlərinə təsir göstərir. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "PNAS" jurnalında dərc olunub.

Tədqiqatçılar canavarların, müxtəlif cins və təsərrüfat itlərinin 2700-dən çox genomunu araşdırıblar. Məlum olub ki, saf cins itlərin təxminən 66%-nin nüvə genomunda canavar DNT-si mövcuddur. Ən çox canavar geni "Çexoslovakiya Wolfdog"ları və "Saarloos Wolfhound"larında tapılıb. 

Araşdırma göstərib ki, canavar genlərinin miqdarı itlərin davranışına da təsir edir. Canavar əcdadı az olan cinslər daha mehriban, itaətkar və asan öyrədilən olur. Daha çox canavar genlərinə sahib itlər isə adətən müstəqil, ehtiyatlı və yad insanlara qarşı daha az etibarlıdırlar.

Tədqiqatçılar qeyd ediblər ki, canavar genləri itlərin müxtəlif mühitlərə uyğunlaşmasında mühüm rol oynayıb. Məsələn, kənd itlərində qoxu reseptorlarının güclənməsinə, Tibet mastiflərində isə yüksək dağlarda oksigen çatışmazlığına dözümlülüyün artmasına kömək edib.

Alimlər bildirirlər ki, geniş yayılmış fikrin əksinə olaraq, müasir itlərdə canavarlarla qədim çarpazlaşmanın izləri hələ də qalır və bu, onların təkamül uğurunda əhəmiyyətli rol oynamış ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp elçisini göndərir 10:37 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 Все новости