Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO

Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO
02.06.2026 09:09

Rusiya Silahlı Qüvvələri bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev və ölkənin digər bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücumlar həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.

Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində 5 nəfər həlak olub, 64 nəfər isə yaralanıb. Yaralananlar arasında mülki şəxslərin də olduğu bildirilir.

Kiyevin müxtəlif rayonlarında partlayışlar qeydə alınıb, hava hücumu xəbərdarlıqları isə uzun müddət qüvvədə qalıb. Yerli hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərilməsi və dağıntıların aradan qaldırılması istiqamətində işlərin davam etdiyini açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, hücum zamanı “Kalibr” və İskander raket sistemi tipli raketlərdən, həmçinin Şahed dronulardan istifadə olunub. Hava hücumundan müdafiə qüvvələrinin əksər hədəfləri məhv etdiyi, lakin bəzi raket və dronların hədəflərinə çatdığı qeyd edilib.

Hücum nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan dəyib. Hadisə yerindən yayılan görüntülərdə yanğınlar və xilasetmə əməliyyatları əks olunub.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости