Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq

Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq
02.06.2026 10:10

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Qərb gec-tez Ukraynanın NATO-ya üzvlüyünün Avropanın gələcəyi üçün ən sərfəli və məntiqli model olduğunu qəbul etməlidir.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Ukrinform” agentliyinə açıqlamasında danışıb.

Sibiqanın sözlərinə görə, təhlükəsizlik məsələsi hər şeydən üstün tutulmalıdır.

“Birincisi, düşüncə tərzimizdə təhlükəsizliyin hər şeydən əvvəl gəldiyi anlayışını həmişəlik möhkəmləndirməliyik. İkincisi, Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlüyünə alternativ ola bilməz. Eyni zamanda müttəfiqlər gec-tez başa düşəcəklər ki, Ukraynanın NATO-da olması bütün Avropa üçün ən iqtisadi cəhətdən sərfəli və məntiqli gələcək modelidir”, – deyə nazir bildirib.

O vurğulayıb ki, Qərb ölkələri üçün Ukraynanın NATO daxilində olması alyansdan kənarda qalmasından daha məqsədəuyğundur.

Qeyd edək ki, aprelin sonunda “The Economist” jurnalı Qərbdəki mənbələrə istinadən Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmaq ümidlərinin real görünmədiyini yazmışdı.

Qiymət Mahir