Həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artdı

Həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artdı
01.11.2025 18:30 Maliyyə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,5 % artaraq 484,664 milyon manata çatıb.

Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 64,8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 Bütün Xəbərlər