Muğamın səsi susdu...

Muğamın səsi susdu...
01.08.2025 12:35 Mədəniyyət

“Bir ordunun deyə bilmədiyini muğam tək başına çatdıra, eyni anda həm güldürüb, həm də ağlada bilər”.

Bu sözlər, Azərbaycanın görkəmli muğam ustası, Xalq artisti Arif Babayevə məxsusdur. Onun səsi, sənəti, nəfəsi ilə dirilən muğam bu gün onsuz qalıb. Klassik Azərbaycan muğam məktəbinin parlaq siması, yüzlərlə gənc xanəndənin yoluna çıraq olan sənətkar artıq aramızda yoxdur.

Bəs sənətə misilsiz töhfələr bəxş etmiş bu böyük şəxsiyyət kim idi?

TodayPress TV xəbər verir ki, Arif İmran oğlu Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlib. O, Segah, Şur, Arazbarı, Qarabağ şikəstəsi kimi muğamların mahir ifaçısı kimi tanınıb və bu janrların ruhunu öz səsi ilə yaşadıb.

Sənətkar 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib, əvvəlcə Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib, daha sonra Opera və Balet Teatrının səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi operalarda baş rollarda çıxış edib. Onun ifaları təkcə musiqi deyil, həm də milli kimliyin poetik və mənəvi təcəssümü idi.

1980-ci illərdən etibarən Arif Babayev pedaqoji fəaliyyətə başlayaraq, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında muğamın incəliklərini gənc ifaçılara öyrədib. Bu xidmətlərinə görə “Muğam professoru” fəxri adına layiq görülüb.

Arif Babayev zəngin sənət yolu boyu saysız-hesabsız mükafatlarla təltif olunub. 1989-cu ildə “Xalq artisti” adı, 1998-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “İstiqlal” ordeni, 2018-ci ildə “Şərəf” ordeni ilə mükafatlandırılıb. 2025-ci il mayın 8-də isə o, Azərbaycanın ən ali mükafatlarından biri olan “Heydər Əliyev mükafatı”na layiq görülüb.

Sənət yolunda daim mübarizə aparan ustad bir həqiqəti tez-tez dilə gətirirdi. Hər zaman bir tərəfinin yarım qaldığını deyirdi. Lakin bu nisgil uzun çəkmədi. O, doğulub boya-başa çatdığı Sarıhacılıya, ata ocağına qovuşdu. Aradan illər keçdikdən sonra torpağına ayaq basan sənətkarın dilindən səslənən bu sözlər isə duyğuların ən ucası idi:

"Şükür sənə, İlahi... Ölmədim torpağımı gördüm". 

Ağdamına qovuşsa da, səhhətindəki ciddi problemlər onu rahat buraxmadı. İyul ayının sonunda kəskin tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilən Arif Babayev süni nəfəs aparatına qoşuldu. Bütün tibbi müdaxilələrə baxmayaraq, 2025-ci il avqustun 1-də ustad sənətkar əbədiyyətə qovuşdu.

Arif Babayevin vəfatı Azərbaycan mədəniyyəti üçün misilsiz itkidir. Onun ölməz səsi, yaratdığı muğam məktəbi və yetişdirdiyi yüzlərlə sənətkar uzun illər boyu yaşayacaq və gələcək nəsillərə yol göstərəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
03 IYUN 2026
Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Bütün Xəbərlər