Dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq

Dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq
27.10.2025 10:58 İKT

Azərbaycanda dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq.

Bu barədə TodayPress TV-yə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Belə ki, Azərbaycan Respublikasının Baş naziri tərəfindən “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilib.

Qaydalar, Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrası məqsədilə hazırlanıb.

Yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləri üçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostika prosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinlik səviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planı hazırlanacaq.

Qiymətləndirmə nəticələrinə əsasən dövlət qurumları “İlkin”, “İdarə olunan”, “Müəyyən edilmiş” və “Optimallaşdırılan” səviyyələrinə, biznes subyektləri isə “Rəqəmsal həvəskar”, “Rəqəmsal təşəbbüskar”, “Rəqəmsal tətbiqçi” və “Rəqəmsal qalib” səviyyələrinə görə təsnif ediləcək.

Dövlət qurumlarının diaqnostika nəticələri Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə həm dövlət, həm də özəl sektorda rəqəmsallaşmanın sürətləndirilməsi üçün metodiki və əməli dəstək göstərəcək.

Qaydaların qəbul edilməsi rəqəmsal transformasiyanın ölçülə bilən göstəricilər əsasında idarə olunmasını təmin edir və resursların səmərəli bölgüsü baxımından ölkənin rəqəmsal gələcəyinə doğru atılmış önəmli addım hesab olunur.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər