Azərbaycanda saytları necə qorumaq lazımdır? - Ekspert AÇIQLADI

Azərbaycanda saytları necə qorumaq lazımdır? - Ekspert AÇIQLADI
19.11.2025 16:16 ИКТ

Dünyanın bir çox internet xidməti və veb-saytlarında genişmiqyaslı nasazlıqlar qeydə alınıb. Problemlərin əsas səbəbi kontent çatdırılma şəbəkəsi üzrə ən böyük xidmət təminatçılarından biri olan "Cloudflare"in çökməsi olub. Hadisə Azərbaycanın da bir sıra veb-resurslarına girişdə ləngimələr və fasilələrlə müşahidə edilib.

Bəs belə kütləvi çöküşlərin təsirini minimuma endirmək üçün nə etmək olar?

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov TodayPress TV-yə danışıb. 


O bildirib ki, bu kimi hallar ümumi qlobal problem kimi görünməsə də, hər bir platforma öz infrastrukturunu qəfil yüklənmədən qorumaq üçün mütləq əlavə müdafiə mexanizmləri qurmalıdır:

"Çökmə çox vaxt birdən-birə gələn böyük trafikdən baş verir. Sistem dərhal yüklənmədən qorunmalıdır. Bunun üçün platforma "rate limiting", yəni bir istifadəçiyə saniyədə sorğu limitinin qoyulması, "load balancer" vasitəsilə yükün bir neçə serverə bölünməsi və "CDN"in aktivləşdirilməsi kimi üsulları tətbiq etməlidir".

Ekspertin sözlərinə görə, problemlərin böyük hissəsi server və verilənlər bazasının düzgün analiz olunmaması ilə bağlıdır:

"Serverlərin performansı, bazanın cavab müddəti, trafik pikləri və mümkün DDoS hücumları daim izlənməlidir. Dəqiq səbəbi tapmaq üçün bu göstəricilər mütəmadi analiz edilməlidir”.

Natiq Məmişov vurğulayıb ki, professional infrastrukturda hər zaman ehtiyat mexanizmi mövcud olmalıdır:

"Arxa planda ehtiyat sistem, yəni "backup" plan olmalıdır. Peşəkar sistemlərdə "failover" mexanizmi işə düşür. Əsas server çökəndə avtomatik olaraq ehtiyat server işə başlayır. Əgər ehtiyat sistem yoxdursa, bu artıq ən böyük problemdir".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - Qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 Все новости