Ter Ştegenin “Qalatasaray”a transferi baş tutmadı

Ter Ştegenin “Qalatasaray”a transferi baş tutmadı
17.06.2025 09:12 İdman

“Barselona” klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegen “Qalatasaray”ın transfer təklifini qəbul etməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə NTVspor.net saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında danışıqlar İstanbulda baş tutub. Lakin “Qalatasaray”ın 33 yaşlı qolkiperə təqdim etdiyi müqavilə ter Ştegen üçün qənaətbəxş olmayıb. Alman futbolçu Türkiyə Super Liqasında çıxış etmək istəmədiyini və karyerasını “Barselona”da davam etdirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Mark-Andre ter Ştegen son mövsüm müxtəlif turnirlərdə cəmi 9 oyunda meydana çıxıb və onlardan yalnız birində qapısını toxunulmaz saxlayıb. Onun “Barselona” ilə olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

Transfermarkt portalında qolkiperin bazar dəyəri 12 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
05 IYUN 2026
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Bütün Xəbərlər