Saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanıldı

Saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanıldı
13.06.2025 10:05 Hadisə

Naxçıvanda sosial şəbəkədə qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb. 

TodayPress TV xəbər verir ki, Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb. 

Araşdırma zamanı E.Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib. 

Faktlarla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər