Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
13.06.2025 09:52 Hadisə

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. 

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Qeyd olunub ki, iyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.  Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər