Qəbələdə çətənə kolları yetişdirən şəxs saxlanıldı
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubov saxlanılıb.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.
Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.