Türkiyə Ali Seçki Şurası CHP-nin etirazını RƏDD ETDİ

Türkiyə Ali Seçki Şurası CHP-nin etirazını RƏDD ETDİ
22.05.2026 20:40 Gündəm

Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası CHP-nin 4–5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci növbəti qurultayı ilə bağlı “mütləq etibarsızlıq” qərarı çıxarıb.

TodayPress TV xəbər verir ki, məhkəmə yerli instansiyanın işi “mövzusu qalmadığı” əsası ilə bağlayan qərarını ləğv edib və qurultayın keçirildiyi tarixdən etibarən etibarsız sayılmasına hökm verib.

Qərara əsasən, qurultaydan sonra keçirilən bütün növbəli və növbədənkənar qurultaylar, eləcə də həmin toplantılarda qəbul edilən qərarlar da ləğv olunub.

Məhkəmə həmçinin Kamal Kılıçdaroğlu və əvvəlki partiya rəhbərliyinin vəzifələrinin davam etdirilməsinə qərar verib.

Ankara Regional Apellyasiya Məhkəməsinin qərarı ilə CHP sədrliyindən uzaqlaşdırılan Özgür Özel isə partiyanın baş qərargahında çıxışı zamanı “mütləq etibarsızlıq” qərarına qarşı ilk hüquqi etirazın Ali Məhkəməyə təqdim olunduğunu bildirib. O, həmçinin YSK-ya da müraciət ediləcəyini açıqlayıb.

CHP-nin YSK nümayəndəsi Mehmet Hadimi Yakupoğlu Ali Seçki Şurasına rəsmi müraciət edib.

CHP Ali Məhkəmədən sonra YSK-ya da “mütləq etibarsızlıq” qərarı ilə bağlı etiraz ərizəsi təqdim etsə də, Ali Seçki Şurası müraciəti rədd edib.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Все новости