Əli Çağla Bakıdadır və deport olunmayıb - ÖZƏL
Cənubi azərbaycanlı yazıçı Əli Çağlanın Bakıya buraxılmayaraq deport edildiyinə dair mətbuatda xəbər yayılıb.
TodayPress TV-nin əldə elədiyi məlumata görə, informasiya dəqiq deyil.
Yazar hazırda Bakıdadır və Azərbaycan-İran ədəbi əlaqələrində mühüm rol oynayır.
Qeyd edək ki, o, yaxın günlərdə Bakıda və ətraf rayonlarda müxtəlif ədəbi-bədii görüşlərdə iştirak edəcək.