Tramp təsvirli dollar hazırlanır
ABŞ Maliyyə Naziri Skot Bessent bildirib ki, ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinasın mümkün buraxılışı üçün hazırlıq görülür.
TodayPress TV xəbər verir ki, bu barədə "AP news" məlumat yayıb.
Bessentin sözlərinə görə, hazırda ABŞ qanunvericiliyi yaşayan şəxslərin pul nişanlarında təsvir edilməsini qadağan edir. Bununla belə, ABŞ konqresində bu məhdudiyyətin dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.
Nazir Ağ Evdə keçirdiyi brifinq zamanı 250 dollarlıq əskinasın hazırlanmış dizaynını nümayiş etdirib və qeyd edib ki, Maliyyə Nazirliyi mümkün qərarlara əvvəlcədən hazır olmalıdır. O vurğulayıb ki, son qərarı Konqres verəcək və nazirlik qanun çərçivəsində hərəkət edəcək.
Türkan İsgəndərli