Qəzzanın cənubunda hava hücumları nəticəsində 13 fələstinli həlak oldu

Qəzzanın cənubunda hava hücumları nəticəsində 13 fələstinli həlak oldu
10.06.2025 07:44 Dünya

İsrailin Qəzzanın cənubuna aviazərbələr endirməsi nəticəsində azı 13 fələstinli ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə 'WAFA"  məlumat yayıb.

Bildirilib ki, mərmilər köçkün ailələrinin sığındığı çadıra da düşüb.

Zərbələrin İsrailə məxsus pilotsuz təyyarələrdən vurulduğu açıqlanıb.

Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, kütləvi zərbələr endirib. 

Aynur TAC

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər