Hindistan Trampın təzyiqlərinə qarşı mövqe tutmağa çağırılır

Hindistan Trampın təzyiqlərinə qarşı mövqe tutmağa çağırılır
05.08.2025 10:16 Dünya

ABŞ Prezidenti Donald Trampın Hindistana qarşı Rusiya neftinin alınmasına dair təhdidlərinə cavab olaraq Dehlinin açıq mövqe bildirməsi tələb olunur. Müxalifət nümayəndələri bu çıxışları Hindistanın milli ləyaqətinə təhqir kimi qiymətləndirir.

TodayPress TV xəbər verir ki, bu fikirləri Hindistan Milli Konqres Partiyasının deputatı Maniş Tivari “ANI” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Trampın “aşağılayıcı bəyanatları” 1,4 milyard hindistanlının şərəf və ləyaqətinə toxunur:

“Ümid edirəm ki, hökumət bu Trampa qarşı qətiyyət və cəsarət nümayiş etdirəcək”.

Tivari bəyan edib ki, artıq bu “daimi hədələrə və təhqirlərə” qarşı açıq çıxış etməyin vaxtıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər