Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişdi

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişdi
04.08.2025 16:18 Daxili siyasət

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru Şuranın tərkibinə daxil edilib, ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Şuranın tərkibindən çıxarılıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər