Niyal qalası ilə bağlı qalmaqallı qərar: Təqsirləndirilənlər sərbəst buraxıldı

Niyal qalası ilə bağlı qalmaqallı qərar: Təqsirləndirilənlər sərbəst buraxıldı
07.05.2026 23:20 Cəmiyyət

Bu gün İsmayıllı məhkəməsi 2025-ci ilin əvvəlindən bəri uzadılan cinayət işi üzrə qərarı mədəni irsi vandalcasına dağıdanların xeyrinə yekunlaşdırdı. Beləliklə, ölkədə tarix-mədəniyyət abidələrini düşərgə quraraq, səngər qazaraq, fəhlə işlədərək və ağır texnika ilə dağıtmağın faktiki olaraq mümkünlüyünə presedent yaradıldı və bu əməllər dolayısı ilə legitimləşdirildi.

TodayPress TV xəbər verir ki, bu sözləri tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs mütəxəssisi Fariz Xəlilli qeyd edib.

“Niyal qalasının bir hissəsini 2023 və 2024-cü illərin qış mövsümündə, üç ay ərzində vəhşicəsinə dağıdan şəxslər məhkəmə zalından sərbəst buraxıldılar və işə xitam verildi. Həmin şəxslər ölkənin müxtəlif mədəni irs abidələrində detektorlarla qanunsuz axtarışlar aparır, sadəlövh insanlardan külli miqdarda vəsait toplayaraq qızıl axtarışı ilə məşğul olurlar.

Onlar əvvəllər Şəkidə yerləşən Babaratma türbəsində qanunsuz qazıntı apardıqları zaman həbs olunmuş, daha sonra əfv edilmişdilər. Bu dəfə isə məhkəmə zalındaca cəzasız qaldılar”, - F.Xəlilli bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Все новости