Gündəm qaynayır: Azərbaycandan Rusiyaya gedən dəmir yolu da - Xəbərlər yayıldı

Gündəm qaynayır: Azərbaycandan Rusiyaya gedən dəmir yolu da - Xəbərlər yayıldı
21.05.2026 12:43 Cəmiyyət

Mayın 26-dan Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpa olunacağı açıqlandıqdan sonra Bakı-Moskva dəmiryol xəttinin yenidən işə düşməsi ehtimalı da müzakirə mövzusuna çevrilib. Maraqlıdır, Rusiyadan belə bir təşəbbüs gələrsə, Bakı-Moskva sərnişin qatarının fəaliyyəti yenidən bərpa oluna bilərmi?

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli bildirdi ki, Bakı-Moskva arasında dəmiryol xəttinin açılması və sərnişin daşımalarının bərpası nəzəri baxımdan mümkündür. Lakin praktik müstəvidə bir sıra ciddi maneələr mövcuddur:


"İlk növbədə nəzərə almaq lazımdır ki, Bakı-Moskva qatarının əsas marşrutu Şimali Qafqaz istiqamətindən keçir və bu bölgədə təhlükəsizlik məsələləri xüsusi həssaslıq daşıyır. Qatarın hərəkət trayektoriyası boyunca təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi risklər qalır. Hazırda Rusiyanın müxtəlif bölgələrində, hətta Moskva ətrafında belə Ukrayna hərbi qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının hücumları müşahidə olunur. Bu baxımdan dəmiryolu xəttinin bərpası təhlükəsizlik riskləri ilə müşayiət edilir".

Ekspertin sözlərinə görə, Bakı-Moskva sərnişin qatarının fəaliyyətinin bərpasına mane olan başqa amillər də var:

"Bunlardan biri Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardır. Faktiki olaraq, bu sanksiyalar sözügedən marşrutun yenidən istifadəyə verilməsini çətinləşdirən əsas səbəblərdən hesab olunur. Əgər Azərbaycanın quru sərhədlərindən istifadə xüsusi rejimlə tənzimlənməsəydi, Bakı-Moskva qatarının fəaliyyəti ilə bağlı müəyyən müzakirələr aparmaq mümkün olardı. Lakin hazırda həm Azərbaycanın quru sərhədləri xüsusi rejim əsasında fəaliyyət göstərir, həm də Rusiya ərazisində davam edən hərbi münaqişə təhlükəsizlik baxımından əlavə problemlər yaradır. Məhz təhlükəsizlik riskləri və beynəlxalq sanksiyalar indiki mərhələdə Azərbaycanla Rusiya arasında dəmiryolu ilə sərnişin daşımalarının bərpasını çətinləşdirir".

R.Abasbəyli bildirdi ki, gələcəkdə münaqişə ilə bağlı hər hansı sülh razılaşması əldə olunarsa, bu məsələ yenidən müzakirə predmeti ola bilər:

"Azərbaycan və Rusiya arasında əvvəlki dövrlərdə olduğu kimi sərnişin daşımalarının bərpası nəzəri baxımdan mümkündür. Digər mühüm məqam isə texniki və infrastruktur hazırlığıdır. Son illərdə Azərbaycan dəmir yolu infrastrukturunun yenilənməsi, rəqəmsal bilet satış sistemlərinin tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində ciddi investisiyalar yatırıb. Lakin Rusiya tərəfi müharibə şəraiti səbəbindən bu istiqamətdə nəzərəçarpacaq yenilənmə və ya investisiya həyata keçirməyib. Bu səbəbdən Bakı-Moskva sərnişin qatarının yenidən təşkil olunması üçün uzunmüddətli hazırlıq prosesi tələb oluna bilər. Hər iki tərəfin texniki imkanlarının uyğunlaşdırılması, rəqəmsal sistemlərin inteqrasiyası və koordinasiyalı fəaliyyət vacib şərtlərdən biridir.

Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi dəmir yolu üzrə sərnişin daşımalarının bərpası təcrübəsi bunu göstərir. Uzun müddət ərzində infrastrukturun yenilənməsi, idarəetmə mexanizmlərinin uyğunlaşdırılması, bilet satışı sistemlərinin inteqrasiyası və digər rəqəmsal həllərlə bağlı qarşılıqlı müzakirələr aparılıb. Hətta Azərbaycan tərəfi Gürcüstan dəmir yolları əməkdaşlarına təlimlər də keçib və bu proses müəyyən müddət davam edib. Yalnız uzun hazırlıq mərhələsindən sonra Bakı-Tbilisi istiqamətində sərnişin daşımalarının bərpası mümkün olub”.

Analoji koordinasiya, təcrübə inteqrasiyası və investisiya yönümlü əməkdaşlığın Rusiya ilə həyata keçirilməsi isə hazırkı geosiyasi şəraitdə çətin görünür. Burada əsas maneə təhlükəsizlik məsələləri və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardır".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Все новости