Əminə Ərdoğan Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım etdi

Əminə Ərdoğan Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım etdi
25.05.2025 10:30 Cəmiyyət

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İstanbul şəhərində keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “X”dəki hesabında yazıb.

Ə.Ərdoğan paylaşımda 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyaya heyranlığını büruzə verib.

“VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında könülləri fəth edən Qarabağ atlarının bənzərsiz nümayişi. Bu gün bir xalqın mədəniyyəti digər xalqın qəlbində əks-səda tapıb. İki dövlət, bir millət; mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir” Ə.Ərdoğan vurğulayıb.


FOTOLAR

Əminə Ərdoğan Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım etdi — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər