BP hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına dair yeni layihəsini təqdim etdi

BP hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına dair yeni layihəsini təqdim etdi
10.06.2025 17:46 Cəmiyyət

bp bu gün Azərbaycanda hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına yönəlmiş yeni bir layihəsini təqdim edib. Layihə yerli universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə altı mühüm dərsliyin hazırlanması və nəşrindən ibarətdir. Layihənin məqsədi təhsildə mükəmməlliyin təmin olunmasına dəstək vermək, hüquqi savadlılığı təşviq etmək və ölkədə yeni nəsil hüquq mütəxəssislərinin yetişməsinə töhfə verməkdir.

Bu barədə TodayPress TV-yə BP-dən məlumat verilib.

bp bu gün keçirilən tədbirdə layihə çərçivəsində artıq nəşr olunmuş 5 kitabı ictimaiyyətə təqdim etdi. Qalan altıncı kitabın nəşri isə bu ilin sentyabr ayına planlaşdırılır.

Bu layihə bp-nin Azərbaycanda təhsilin inkişafına və bacarıqların artırılmasına dəstəyinin bir hissəsidir.

5 tamamlanmış kitabın təqdimat tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Hüquq təhsili sahəsində resursların yaradılmasına sərmayə qoymaqda məqsədimiz yerli hüquq mütəxəssislərinə yüksək keyfiyyətli tədris materialları hazırlaqdadəstək verməkdir. Bu isə nəticə etibarilə ölkədə hüquq təhsilinin müasirləşməsinə və yüksək səviyyəli, hüquqları dərindən  bilən yeni hüquqşünaslar nəslinin formalaşmasına töhfə verəcək.

Yeni altı dərsliyin hər biri hüquq üzrə alimlər və mütəxəssislərlə sıx əməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bu kitablar universitet tələbələrin, nəzəriyyə müəllimlərinin, eləcə də hazırda praktiki fəaliyyətdə olan hüquqşünasların müasir hüquq resurslarına artan tələbatının qarşılanmasına mühüm töhfə verəcək. Xüsusilə məmnunuq ki, layihəyə daxil edilmiş altı dərslikdən dördü Azərbaycanda ilk dəfə nəşr olunur və bu da ölkənin akademik hüquq mühitində əlamətdar bir hadisədir.”

Layihəyə daxil olan kitablar bunlardır: 

1. “Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə” – Azərbaycanda yeni olan bu dərslik səhiyyə və insan hüquqları sahələrinin kəsişməsini əhatə edir və ölkənin beynəlxalq tibbi əməkdaşlıqda artan iştirakını əks etdirir. Kitab tibbi etika, səhiyyə xidmətlərinin hüquqi tənzimlənməsi və beynəlxalq institutların rolu da daxil olmaqla geniş mövzuları əhatə edir.

2. “Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar” – Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır.

3. “Mediasiya Hüququ. Xüsusi hissə” – Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həm də praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.

4. “Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə” (birinci cild, ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalq publik hüquq üzrə ilk akademik kursun yenilənmiş nəşridir və bu sahənin öyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir. Kitab beynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri, beynəlxalq hüququn subyektləri, mübahisələrin həlli mexanizmləri və beynəlxalq hüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir. Yenilənmiş nəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəki yenilikləri əks etdirən mühüm əlavələr və dəyişikliklər yer alıb.

5. “Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə” (ikinci cild, ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalq public hüququn xüsusi sahələrinin, o cümlədən beynəlxalq müqavilələr hüququnun, xarici əlaqələr hüququnun, beynəlxalq təşkilatlar hüququnun, humanitar hüququn və beynəlxalq iqtisadi hüququn ətraflı təhlilini təqdim edir. Yenilənmiş nəşr yeni nəzəri yanaşmaları və elmi nailiyyətləri əhatə edir. Dərslik qlobal hüquq sistemi və Azərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərin anlayışın formalaşmasına dəstək verir.

6.“İnsan Hüquqları. Ensiklopediya” – Azərbaycanda bu sahədə ilk olan bu geniş həcmli tədris vəsaiti hələ nəşr olunmayıb. Kitaba insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən minlərlə məqalə daxil edilib. Ensiklopediya insan hüquqlarının tarixini, inkişafı və təsnifatını, eləcə də beynəlxalq və milli hüquqi çərçivələri araşdırır. Məqsəd insan hüquqları sahəsində daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət mədəniyyətini və hüquqi savadlılığı təşviq etməkdir.

Altı tədris vəsaitinin hamısı tələbələr, müəllimlər, elmi ictimaiyyətin nümayəndələri, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, hüquq alimləri və təcrübəçiləri, eləcə də mediatorlar və siyasətçilər daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub

Layihənin ümumi dəyəri 230038 AZN-dir (135316 ABŞ dolları) və bu məbləğə məzmunun hazırlanmasından nəşr və layihənin idarə olunmasına qədər bütün xərclər daxildir.

Layihə “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” ictimai birliyi tərəfindən icra olunur.

FOTOLAR

BP hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına dair yeni layihəsini təqdim etdi — 1
BP hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına dair yeni layihəsini təqdim etdi — 2
BP hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına dair yeni layihəsini təqdim etdi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər