Xamenei ÖLDÜRÜLƏRSƏ... — İranın "VARİS PLANI" sızdırıldı!

Xamenei ÖLDÜRÜLƏRSƏ... — İranın "VARİS PLANI" sızdırıldı!
23.02.2026 17:01

“The New York Times”ın  (NYT) yaydığı məlumata görə, İranın Ali Dini Rəhbəri Əli Xamenei ABŞ və ya İsrailin mümkün hücumu zamanı öldürülməsi halında yüksək səviyyəli köməkçilərinə necə hərəkət etməli olduqlarına dair göstərişlər verib. 

Bu təlimatların fövqəladə vəziyyətlərdə tətbiq olunacaq səlahiyyət bölgüsü və komanda zəncirini əhatə etdiyi bildirilir. 

Həmçinin iddia edilir ki, Xameneinin öldürülməsi halında onun yerinə sadiq köməkçisi, ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani keçəcək.


Məlumdur ki, belə strateji post üçün varis məsələsi spontan qərar ola bilməz. Bəs “varis planı”nın sızdırılmasının səbəbi nədir?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli yayılan məlumatların təsadüfi olmadığını düşünür:


“Bu məsələ sadəcə fikir yanıltmasıdır. Ölkədəki siyasi sistemə nəzər saldıqda bu variant həm maraqlı, həm də müxtəlif aspektlərdən məntiqli görünür. İranda Ali Dini Liderin seçilməsi Məsləhət Şurası tərəfindən həyata keçirilir. Əslində, bu seçkinin özü də formal xarakter daşıyır. Reallıqda isə proses təhlükəsizlik orqanlarının rəyi və rejimin ideoloji prinsiplərinə əsaslanır. Bu isə o deməkdir ki, varis məsələsi qəfil verilən qərar ola bilməz. 12 günlük müharibədə öldürülən generalların yerinə bir neçə saat sonra yenilərinin təyin edilməsi də bu qəbil məsələlərdən idi. Böyük ehtimalla dini liderin varisi çoxdan müəyyən edilib və onun kimliyi ciddi təhlükəsizlik səbəbilə məxfi saxlanılır”.

ƏLAVƏ RİSK 

Ekspert hesab edir ki, mövcud şəraitdə varisin adının açıq elan olunması əlavə risk yarada bilər:

“Bu onu növbəti hədəfə çevirmək deməkdir. Əli Laricani sistem daxilində tanınmış fiqur olsa da, o, İslam inqilabının simvollarından deyil. Hətta SEPAH-ın belə namizədi hesab olunmur. Ən başlıcası isə Laricaninin dini lider seçilərkən tələb olunan şərtlərdən biri olan dini titulunun olmamasıdır”. 

PLAN REALLAŞARSA…

B.Həsənbəyli mümkün ssenarilərdə rejimin davranış modelinə də toxunub:


“Baş verəcək hər hansı bir sui-qəsd və ya xarici hücum nəticəsində dini liderin ölümü reallaşarsa, o zaman bu vəziyyət rejim tərəfindən Qasım Süleymani hadisəsində olduğu kimi İslamda müqəddəs hesab olunan şəhidlik anlayışı çərçivəsində təqdim olunacaq. Bu amildən həm daxili etirazların yatırılmasında, həm də arxa plana keçirilməsində istifadə ediləcək, ötəri olsa belə, daxili müxalif dalğa müvəqqəti susdurulacaq və ya milli birlik adı altında elan olunacaq “düşmənlə” mübarizəyə sövq ediləcək. İran rejimi zaman-zaman bu üsuldan istifadə edir, böhranları ideoloji çərçivəyə salaraq siyasi sabitlik formatı yarada bilir. Rejim məhz SEPAH-ın və mühafizəkar qanadın dəstəyi ilə dini liderin varisini müəyyən edibsə, bu, post-Xamenei dönəmində qısa müddətli olsa belə, növbəti legitimlik şansının əldə olunmasına səbəb olacaq”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Все новости