"Ukrayna-MDB divarı" bərkiyir: Nəticə nə olacaq?

"Ukrayna-MDB divarı" bərkiyir: Nəticə nə olacaq?
27.02.2026 00:22

"Ukraynanın MDB sazişlərindən uzaqlaşması ölkə üçün neqativ nəticə doğurmayacaq".

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib.


Siyasi şərhçi vurğulayıb ki, rəsmi Kiyevin MDB sazişləri ilə bağlı atdığı addımlar Ukraynaya hər hansı formada mənfi təsir göstərə bilməz:

"Ukrayna bundan artıq hansı zərbələri ala bilər sualını vermək belə çətindir. Çünki MDB-də əsas rol oynayan dövlət – Rusiya artıq Ukrayna ərazilərini işğal etməklə məşğuldur”.

Ekspert vurğulayıb ki, Ukraynanın MDB-də faktiki fəaliyyəti uzun müddətdir ki, mövcud deyil və ölkə bu qurumdan artıq uzaqlaşıb. Onun sözlərinə görə, Avropa Birliyinə və NATO-ya üzvlük rəsmi Kiyev üçün əsas prioritetdir və bu istiqamətdə fəaliyyət davam edir.


E. Xalidbəylinin fikrincə, MDB ilə bağlı qərarların Ukraynaya neqativ təsir etmək ehtimalı demək olar ki, yoxdur.

Politoloq hesab edir ki, bu addımlar daha çox siyasi-ideoloji xarakter daşıyır və rəsmi Kiyev bununla həm Rusiyaya, həm MDB məkanındakı keçmiş tərəfdaşlarına, həm də ABŞ və Qərbə mesaj verir. 

Analitik sonda bildirib ki, həmin mesajlara veriləcək reaksiyalar Ukraynanın növbəti addımlarına müəyyən dərəcədə təsir göstərə bilər. 

Qeyd edək ki, Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində 30 sazişdən çıxıb. 

Onların arasında MDB ilə birgə hava hücumundan müdafiə sistemi, deportasiya olunmuş şəxslərin hüquqlarının bərpası və mədəni sərvətlərin qaytarılması, MDB-yə üzv dövlətlərin SSRİ və ABŞ arasındakı raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması, habelə orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədə iştirak ilə bağlı sazişlər yer alır.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya qoy! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Все новости