Naxçıvanın yeni kənd təsərrüfatı naziri təyin olundu

Naxçıvanın yeni kənd təsərrüfatı naziri təyin olundu
21.05.2025 11:01 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olunub.

TodayPress TV xəbər verir ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. 

Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, yerli kənd təsərrüfatı nazirinin müavinidir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər