Vətəndaş cəmiyyəti, biznes və akademiyalar faktiki iştirakçı sayında liderdirlər
"Qeyd etmək lazımdır ki, WUF13-də indiyə qədər olan rəsmi qeydiyyat nömrələrinə – həm onlayn müraciətlərə, həm də hazırkı faktiki iştirakçı sayına nəzər salsaq, vətəndaş cəmiyyəti, biznes və akademiya dairələri həm aktiv iştirak, həm də qeydiyyatdan keçmə baxımından reallıqda ən öndə gedən sahələr arasındadırlar”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Assambleyaların Birgə Bağlanışı" (Joint Closing of Assemblies) adlı iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva deyib.
Komitə rəsmisi builki forumda biznes sektoruna yaradılan dialoq imkanlarına toxunub:
“WUF13 sessiyası startapları bir araya gətirən "Biznes İnnovasiya Mərkəzi" (Business Innovation Hub) vasitəsilə sahibkarlar üçün yeni dialoq imkanları və müxtəlif platformalar təqdim edib. Eyni zamanda, sərgi pavilyonumuzda (Expo pavilion) vətəndaş cəmiyyəti üçün xüsusi ayrılmış stendlər və guşələr mövcuddur. Hətta bir pavilyonda birdən çox vətəndaş cəmiyyəti təşkilatı təmsil olunur”.
Çıxışının sonunda həm yerli, həm də xarici nümayəndələri fəal əməkdaşlığa çağıran Gülşən Rzayeva fikirlərini bu sözlərlə tamamlayıb:
“Bütün həmkarlarımızı və dostlarımızı bu guşələri ziyarət etməyə səsləyirəm. Ora gələrək görülən işlərlə yaxından tanış ola, sərgidən zövq ala və ən əsası, gələcək layihələriniz üçün tərəfdaşlarınızı tapa bilərsiniz.”.
Qiymət Mahir