Səfir: "Bu, rəqəmsal xidmətlərin yaradılması üçün önəmlidir"

Səfir: "Bu, rəqəmsal xidmətlərin yaradılması üçün önəmlidir"
18.06.2025 10:58 Xarici siyasət

“Türkmənistan və Azərbaycan enerji sektorunda çox sıx ticarət-iqtisadi əlaqələrə malikdir”. 

TodayPress TV xəbər verir ki, Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Qurbanməmmet Elyasov bunu "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, əməkdaşlığın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin perspektivləri, o cümlədən onların inkişaf yolları ilə bağlı daim konstruktiv fikir mübadiləsi aparılır. 

“Bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərinin Aşqabadda neft-qaz sahəsində keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirakı da buna sübutdur. Hazırda Türkmənistan müxtəlif istiqamətlər üzrə ixrac potensialını fəal şəkildə şaxələndirir”.

Diplomat diqqətə çatdırıb ki, hazırda Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik kabelin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində işlər aparılır. Bu layihənin əsasını “Türkmentelekom” telekommunikasiya şirkəti ilə “AzerTelecom” MMC arasında Türkmənistan-Azərbaycan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlətinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında Anlaşma Memorandumu təşkil edir. Bu sahə həm də Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyada rəqəmsal xidmətlərin yaradılması üçün böyük əhəmiyyət kəsb edir. 

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Türkiyə bayraqlı gəmiyə hücum: Ölən və yaralananlar var 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Bütün Xəbərlər