Rusiya-Azərbaycan gündəliyinin aktual məsələlərinə dair fikir mübadiləsi aparıldı
Mayın 25-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.
TodayPress TV xəbər verir ki, görüş zamanı Rusiya-Azərbaycan gündəliyinin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
"Qarşıdan gələn yüksəksəviyyəli təmaslarla bağlı mövqelər dəqiqləşdirilib. Mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının vacibliyi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.
Çoxşaxəli Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, o cümlədən Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin və əməkdaşlığın əsaslarının gücləndirilməsi naminə səmərəli birgə işin davam etdirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub", - deyə XİN-in məlumatında vurğulanıb.