Azərbaycan Prezidenti İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu - YENİLƏNDİ
22.08.2025 12:46 Xarici siyasət

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

TodayPress TV xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov dedi: Əziz dostum, Azərbaycan Respublikasının Prezidenti. Sizi bu gün ölkəmizdə görməyimə çox şadam. Bizi Xəzər dənizi birləşdirir. Əminəm ki, ikitərəfli görüşümüz məhsuldar olacaq. İkitərəfli görüşdən başqa, həmçinin Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır.

Siz də qeyd etdiyiniz kimi, biz – eyni regionda yerləşən üç ölkənin qardaş xalqları gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq, o cümlədən mədəniyyət sahəsində.

Öz adımdan, Prezidentin və bütün Türkmənistan xalqının adından bir daha qeyd etmək istəyirəm ki, Sizin səfəriniz bizim üçün bayramdır, sevindirici xəbərdir. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Xoş gəlmisiniz.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Çox sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç.

Əziz qardaşım, ilk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, biz Sizinlə burada, gözəl Avaza şəhərində görüşürük. Bu şəhər Sizin əsərinizdir. Siz qardaş Türkmənistanda çox əsərlər yaratmısınız, onlardan biri də Avazadır.

Keçən ay Sizinlə Bakıda, Füzulidə, Şuşada görüşlərimi çox böyük məmnuniyyətlə xatırlayıram. Bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar.

Eyni zamanda, bu gün Sizin təşəbbüsünüzlə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Mən bunu çox yüksək qiymətləndirirəm, bu, çox yaxşı təşəbbüsdür. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq.

Əziz qardaşım, Sizə bir daha təşəkkürümü bildirirəm.

***

09:31

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü başlayıb.

TodayPress TV xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.

FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu - YENİLƏNDİ — 1
Azərbaycan Prezidenti İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu - YENİLƏNDİ — 2
Azərbaycan Prezidenti İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu - YENİLƏNDİ — 3
Azərbaycan Prezidenti İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu - YENİLƏNDİ — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 Bütün Xəbərlər