Vaşinqton "əsas düşmən"i seçdi: Rusiya neftinə yaşıl işıq

Vaşinqton "əsas düşmən"i seçdi: Rusiya neftinə yaşıl işıq
13.03.2026 18:15 Təhlil

ABŞ İran müharibəsi və Hörmüz boğazındakı gəmiçilik problemləri səbəbindən pozulan qlobal enerji bazarlarını sabitləşdirmək məqsədi ilə ölkələrə hazırda dənizdə ilişib qalan Rusiya neftini almağa icazə verən 30 günlük güzəşt verib. 

Bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent məlumat verib. 

 

Görünən, ABŞ İranın "enerji şantajı"nı (Hörmüzün bağlanması) sındırmaq üçün Rusiyanın dənizdə ilişib qalmış neftini bazara buraxır. Bununla da Vaşinqton "əsas düşmən" prioritetinin hazırda İran olduğunu təsdiqləyir.   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Elman Abbasovun qənaətincə, ABŞ vəziyyətin bu həddə çatacağını proqnozlaşdırmayıb:  


“Onlar müharibənin iki, maksimum dörd həftə ərzində yekunlaşacağını düşünürdülər. Lakin görünən odur ki, müharibənin miqyası getdikcə genişlənir. İran digər dövlətləri də münaqişəyə cəlb etməyə çalışır, eyni zamanda Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına ciddi ziyan vurur. Daşınan neftin 20%-i məhz Hörmüz boğazından keçirdi. Boğazın bağlanması və gəmilərin orada qalması dünya ölkələrini ciddi problemlərlə üz-üzə qoyub. Artıq Avropanın bir çox dövlətləri öz ehtiyat neft fondlarını satışa çıxarmağa məcbur olurlar”.

Analitik bildirib ki,  ABŞ-nin 30 gün müddətində Rusiyanın dənizdə qalan neftinin satışına qoyulan embarqoları aradan qaldırması vəziyyətin artıq dalana dirəndiyini göstərir:

“Rusiya ilə bağlı ABŞ tərəfindən bir sıra vədlər verilsə də, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən bir il keçməsinə baxmayaraq, Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik səylərdə və danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Demək olar ki, verilən bütün vədlər nəticəsiz qalıb. Tramp bir tərəfdən Rusiyanın “könlünü almağa”, digər tərəfdən isə onun İrana dəstəyini neytrallaşdırmağa çalışır”.

E.Abbasovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində İran Rusiyanı intensiv şəkildə pilotsuz uçuş aparatları (dronlar) ilə təchiz edib:


“Eyni zamanda Rusiya da ABŞ-İsrail-İran qarşıdurmasında İrana kəşfiyyat və informasiya dəstəyi nümayiş etdirir. Ehtimal olunur ki, Tramp bu iş birliyinin qarşısını almaq üçün Putinlə müəyyən pərdəarxası razılaşmalar əldə edib. Hesab edirəm ki, müharibə hələ uzun müddət davam edəcək. Rusiyanın dənizdə qalan neftinin satışına icazə verilməsi mövcud problemlərin həllinə cüzi kömək etsə də, ümumi vəziyyətə ciddi təsir göstərməyəcək. Münaqişə uzandıqca gərginlik daha da ağırlaşacaq. ABŞ-nin və xüsusilə Trampın proqnozları özünü doğrultmadı. Baş verən proseslər müharibənin hələ uzun müddət davam edə biləcəyindən xəbər verir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Bütün Xəbərlər