Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?

Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?
02.04.2026 14:48 Təhlil

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı şikayətlərinin bloku qəsdən zəiflətmək cəhdi ola biləcəyini deyib. 

Qeyd edək ki,  ABŞ Prezidenti NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü açıqlayıb. 

Sual yaranır,  bu məsələdə  Trampın əsas fikri nədir?  

Mövzunu politoloq Taleh Əliyev TodayPress TV-yə şərh edib.  


Onun sözlərinə görə, Trampın İranla müharibəyə başlaması ilə bağlı NATO-lu müttəfiqlərini məlumatlandırmaması, müharibənin gedişində yaşanan çətinliklər fonunda Avropa dövlətlərinin Trampın istəklərinə və müraciətlərinə müsbət  cavab verməməsinə səbəb olub: 

"Bu, şübhəsiz ki, Trampın aqressiv yanaşmasını şərtləndirən əsas faktorlardan biridir. Amma düşünmürəm ki, Tramp bu məsələdə sonuna qədər israr edəcək. Çünki Amerika Birləşmiş Ştatları üçün NATO və bütövlükdə Avropa İttifaqı ilə müttəfiqlik, dövlət siyasətinin əsas sütunlarından biridir. Bu baxımdan, prezident səviyyəsində belə fundamental münasibətləri tamamilə sıfırlamaq qeyri-mümkündür". 

Analitik qeyd edib ki, Trampın açıqlaması NATO-ya güvəni sarsıda bilər:

"Kaya Kallasın da qeyd etdiyi kimi, Trampın bu açıqlaması indiki həssas dövrdə həm dünyada, həm də Avropada NATO-nun təhlükəsizlik çətiri kimi roluna etimadsızlıq yaradır. Lakin düşünmürəm ki, bu kimi açıqlamalar ABŞ-nin NATO-dan çıxmasına və ya NATO-nun tamamilə sıradan çıxmasına səbəb olacaq. Hətta ABŞ NATO-dan çıxsa belə, Avropa İttifaqı bu gün dünyanın əsas qüdrətli regionlarından biri olaraq qalmaqdadır". 

Politoloq nəzərə çatdırıb ki, dünyanın yeddi iqtisadi qüdrətindən dördü Avropada yerləşir:

"Əgər Kanadanı da Avropa Birliyinə inteqrasiya olunmuş bir dövlət kimi nəzərə alsaq, bu yeddi qüdrətdən beşi deməkdir. Eyni zamanda, dünyanın nüvə dövlətlərindən ikisi və BMT Təhlükəsizlik Şurasının beş daimi veto hüququna malik ölkəsindən ikisi – Böyük Britaniya və Fransa – bu qitədə yerləşir. Avropanın iqtisadi və texnoloji imkanları isə dünyanın digər iqtisadi gücləri ilə müqayisədə ilk üçlükdə yer alır". 

Taleh Əliyevin qənaətincə, buna  görə də Donald Trampın bu açıqlamaları sadəcə söz olaraq qalacaq: 

"Çünki Avropa ilə münasibətlərin sıfırlanması həm Avropaya, həm də ABŞ-yə ciddi zərər verə bilər. Bu gün dünyaya hökm edən ABŞ-nin arxasında Avropa İttifaqının dayanması onun qüdrətini təmin edir. Əgər Avropa ABŞ-nin arxasında yox, önündə dayanarsa, bu, Amerika qüdrətinin də əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Ona görə də hesab edirəm ki, Amerika dövlətinin dərin strukturları bu məsələyə isti yanaşmayacaq". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Bütün Xəbərlər