Millət vəkili: “Rusiya reallıqları düzgün qiymətləndirməlidir”

Millət vəkili: “Rusiya reallıqları düzgün qiymətləndirməlidir”
25.07.2025 11:27 Təhlil

“Azərbaycanın Rusiya ilə münasibətlərində yaşanan son gərginliklərə baxmayaraq, Bakı tərəfi əməkdaşlığın davam etdirilməsində və problemlərin diplomatik yolla həllində maraqlıdır”.       

Deputat Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib. 

O vurğulayıb ki, Azərbaycan Respublikası bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və qarşılıqlı fəaliyyət göstərməyi konstitusion hədəflərindən biri kimi müəyyən edib. Azərbaycan xarici siyasətini beynəlxalq hüququn prinsipləri əsasında qurmağa üstünlük verir və bu çərçivədə Rusiya ilə münasibətlərin də eyni prinsiplərə uyğun davam etməsini vacib sayır.  

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu münaqişələrin həllində müharibə yolunu istisna edir. Azərbaycan hətta 30 il ərzində ərazilərini işğalda saxlamış Ermənistanla belə əməkdaşlıq mühitinin təşəbbüskarı olub. 200 ildən artıq tarixi, hüquqi, siyasi, mədəni və humanitar əlaqələrə malik olduğumuz Rusiya ilə münasibətlərin hər hansı formada korlanmasında maraqlı deyilik”. 

Deputat, hazırda 2 ölkə arasında gərginliklərin müşahidə olunduğunu, lakin bunun Bakının siyasətindən qaynaqlanmadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu gərginliyin səbəblərinin aradan qaldırılmasını və münasibətlərin normallaşmasını arzulayır.   

“Rusiyanın Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduqdan sonra bu cinayəti ört-basdır etməsi, daha sonra bu ölkədə yaşayan Azərbaycan diasporunun fəallarına qarşı terror siyasəti iki ölkə arasında münasibətlərin normallaşması üçün həllini gözləyən məsələlərdir”. 

Bununla belə, o bildirib ki, Azərbaycan cəmiyyəti və mediası bu məsələlərə təmkinlə yanaşır və dövlət maraqlarının populist bəyanatlarla deyil, praqmatik yanaşmalarla təmin olunmasını dəstəkləyir.  

“Rusiya reallıqları düzgün qiymətləndirməli və öz maraqlarını yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq şəraitində təmin edə biləcəyini anlamalıdır”, - deyə deputat fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
05 IYUN 2026
Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər dənizindəki problemlər ən üst mərtəbədən dünyanın diqqətinə çatdırıldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 Bütün Xəbərlər